Salmanlı Ağaxan Əli oğlu

( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

29 oktyabr 1941-ci ildə Bakıda doğulub.

24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 01 oktyabr 1964-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın quruluşçu rejissorudur.

9 fevral 1979-cu ildən Azərbaycan Respublikasının Əməkdar Artisti, 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.

15 may 2006-cı ildən Prezident mükafatçısıdır. «Qızıl Dərviş» mükafatı laureatıdır.

Əsas rolları:

1. Cəfər Cabbarlı - («Aydınlığa doğru» Seyfəddin Dağlı)

2. Romeo - («Romeo və Cülyetta» Vilyam Şekspir)

3. Dinar - («Yadındamı» Altay Məmmədov)

4. Səməd - («Sən nə üçün yaşayırsan?» İmran Qasımov, Həsən Seyidbəyli)

5. Doktor - («Yuxulama» Kamal Aslanov)

6. Kazım - («Məhəbbət bir bəladır» Əhməd Orucoğlu)

7. Qulam - («Pul dəlisi» Əhməd Orucoğlu)

8. Artur - («Ovod» Eteri Voyniç)

9. Hacı Murad - («Tamahkar» Süleyman Sani Axundov)

10. Kərbəlayi Mirzalı - («Danabaş kəndinin məktəbi» Cəlil Məmmədquluzadə)

11. Flibert – («Məzəli Hadisə» Karlo Qoldoni)

12. Molla Nəsrəddin – («Molla Nəsrəddin və Əmir Teymurun filləri»Əjdər Ol)

13. Bəylər – («Nənənin kələyi» Əhməd Orucoğlu)

14. Məcid – («Dələduz» N.B.Vəzirov)

15. Fecin – («Oliver Tvistin macəraları» Ç.Dikkens)

Quruluş verdiyi tamaşalar:

1. «Dovşanın ad günü» - Xanımana Əlibəyli

2. «Qarışqa şıllaq atdı» - Qılman İlkin

3. «Pul dəlisi» - Əhməd Orucoğlu

4. «O da mənəm, bu da» - Dadaş Mehdi

5. «Bala bəla sözündəndir» - Əli Əmirli

6. «Arvad olmaq istəmirəm» - Əli Əmirli /Rus bölməsi/

7. «Məhəbbət bir bəladır» - Əhməd Orucoğlu

8. «Məzəli hadisə» - Karlo Qoldoni

9. «Nənənin kələyi» - Əhməd Orucoğlu

10. «Güc birlikdədir» - Rəvan Tohidoğlu

11. «Tıq-tıq xanım» - Abdulla Şaiq

N.B.Vəzirov adına Lənkəran Dövlət Musiqili Dram teatrının səhnəsində

:

12. «Çal oyna» - İskəndər Coşğun

«Zaman» teatrının səhnəsində

: 13.«Cəhənnəmin yuxusu» - Xalq rəvayəti

Dərbənd Azərbaycan Dövlət Dram teatrının səhnəsində

:

14. «Dovşanın ad günü» - Xanımana Əlibəyli

15. «Xatirə» - Yusif Əzimzadə

16. «Nənənin kələyi» - Əhməd Orucoğlu

17. «Solğun çiçəklər» - Cəfər Cabbarlı

18. «Mənim ağ göyərçinim» - Tamara Vəliyeva

19. «Tıq-tıq xanım» - Abdulla Şaiq

20. «Bankir adaxlı» - Tamara Vəliyeva

21. «Bir də etmərəm» - Rəvan Tohidoğlu

22. «Taleyin oyunu» - Rəvan Tohidoğlu