Sadıqzadə Nəsir

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimidir. Xankəndində doğulub (1903- 1982). Bakı Teatr Məktəbini bitirib. Leninqrad(indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda (1930-1934) təhsil alıb. Uzun illər Irəvan DADT-də rejissor və baş rejissor işləyib. 1964-1982-ci illərdə müəyyən fasilələrlə Naxçıvan DMDT-də quruluşçu rejissor və baş rejissor işləyib. Sadıqzadə Nəsir Naxçıvan səhnəsində Səməd Vurğunun "Vaqif", Cəlil Mənmmədquluzadənin "Anamın kitabı", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Süleyman Sani Axundovun "Eşq və intiqam", Əlyar Yusiflinin "Səadət naminə", Sabit Rəhmanın "Toy", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Kəmalə Ağayevanın "Məhsəti", Alensandr Şirvanzadənin "Nakam qız", Boris Lavrenyovun "Hücum", Vsevolod İvanovun "Zirehli qatar 14-69", Karlo Haldoninin "Mehmanxana sahibəsi", Konstantin Simonovun "Dördüncülər", Aleksandr Ostrovskinin "Cehizsiz qız" pyeslərini, Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad", "Ər və arvad", Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettalarını tamaşaya hazırlayıb.