Axtarış

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı


Teatr və teatr fəaliyyəti haqqında

Azərbaycan Respublikasinin Qanunu

V fəsil

Teatrların idarə edilməsi və maliyyələşdirilməsi

Maddə 17. Teatrların statusu

17.1. Teatrlara “akademik” statusu ümumbəşəri dəyərlər səviyyəsində yüksək peşəkarlığa, zəngin tarixi ənənələrə, “milli” statusu milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, onların uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilir.
17.2. Müasir teatr sənətində fəal rol oynayan və teatr prosesinin inkişafında xüsusi əhəmiyyət kəsb edən teatrlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan aparıcı teatrların siyahısına daxil edilir.

Maddə 18. Teatrların idarə edilməsi, yaradılması, yenidən təşkili və ləğv olunması

18.1. Teatrların fəaliyyətinə rəhbərlik qanunvericilikdə və təsis sənədlərində nəzərdə tutulan qaydada təsisçinin vəzifəyə təyin etdiyi direktor tərəfindən həyata keçirilir.
18.2. Teatrlar dövlət, bələdiyyələr, istənilən hüquqi və fiziki şəxslər tərəfindən təsis edilə bilər.
18.3. Təsisçi (mülkiyyətçi) ilə teatr arasında münasibətlər qanunvericilikdə müəyyən edilmiş qaydada tənzimlənir.
18.4. Təsisçi (mülkiyyətçi) ilə teatr arasında bağlanmış müqavilədə tərəflərin öhdəlikləri, əmlakdan istifadənin şərtləri və qaydaları, teatrın maliyyələşdirilməsi, tərəflərin maddi məsuliyyəti, müqavilənin ləğv edilməsinin əsasları və şərtləri, sosial,  əmək və digər məsələlərin həlli qaydaları müəyyən edilə bilər.
18.5. Teatrların yaradılması, yenidən təşkili, ləğvi və profilinin dəyişdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
18.6. Teatrların əmlak hüquqlarının həyata keçirilməsi, onların əmlakının idarə olunmasına nəzarət qanunvericiliklə müəyyən edilir.

Maddə 19. Teatrların maliyyələşdirilməsi

19.1. Dövlət teatrları tamaşalardan və qanunvericiliklə qadağan olunmayan başqa mənbələrdən daxilolmalar, eləcə də dövlət büdcəsindən ayrılan vəsait hesabına  maliyyələşdirilir. Dövlət büdcəsindən ayrılan vəsait işçilərin əmək haqları və sosial sığorta ayrılmalarının həcmindən, eləcə də  yeni tamaşaların quruluşu xərclərindən az olmamalıdır.
19.2. Bələdiyyə və özəl teatrlar qanunvericiliklə qadağan olunmayan istənilən mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.
19.3. Dövlət orta və peşə ixtisas təhsili müəssisələrində aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin, teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması, elmi tədqiqat müəssisələrində teatr sənəti üzrə tədqiqatların aparılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.


ardı >  

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı