Axtarış

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı


Teatr və teatr fəaliyyəti haqqında

Azərbaycan Respublikasinin Qanunu

VI fəsil

Teatr işçilərinin sosial müdafiəsi

Maddə 20. Teatrların yaradıcı işçilərinin əməyinin ödənilməsi

20.1. Teatrların yaradıcı işçilərinin vəzifələrinin siyahıları və onların teatrda vəzifə tutmaları qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.2. Teatrların yaradıcı işçilərinin fəaliyyəti əmək müqaviləsi (kontraktı) əsasında həyata keçirilir. Bu müqavilədə qanunvericilikdə nəzərdə tutulan məcburi şərtlərdən başqa teatr tamaşasının canlı ifası ilə bağlı hüquqların həyata keçirilməsinin digər şərtləri də müəyyən edilə bilər.
20.3. Teatrların yaradıcı işçilərinə və bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olan şəxslərə fəxri adlar, fərdi təqaüdlər və mükafatlar qanunvericilikdə müəyyən edilmiş qaydada verilir.
20.4. Teatrların rəhbər işçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavələr oluna bilər.
20.5. Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əmək haqlarına müvafiq olaraq 100, 50 və 25 faiz əlavə müəyyən edilir.

Maddə 21. Teatr işçilərinin sosial müdafiəsi

21.1. Teatr işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası hüququna malikdirlər.
21.2. Dövlət orqanları və bələdiyyələr müvafiq büdcə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına teatr işçilərinin maddi təminatını yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirə bilərlər.

21.3. Teatr işçiləri bədbəxt hadisələrdən və peşə xəstəliklərindən qanunvericiliklə müəyyən edilmiş qaydada icbari şəxsi sığorta olunurlar.


ardı >  

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı